İtaliya

Qalır, amma üç şərti var

Fransesk Fabreqas üç şərt yerinə yetirilərsə, “Komo”da qalmağa hazırdır.

Aut.az xəbər verir ki, jurnalist Canluka Di Martsio xəbər verir ki, məşqçi klub rəhbərliyindən hərəkət azadlığı, vacib transferlər və yüksək maaş istəyir.

Daha əvvəl ispaniyalının “Bayer”dən təklifi aldığı məlum olub. Onunla “Roma” da maraqlanır.

Fabreqasın rəhbərliyi altında “Komo” A Seriyasında ilk mövsümündə 36 matçdan sonra 10-cu yerdədir.

Aut.az