Vay, bəlkə mənə müsahibə verməyin vaxtıdır? – Morqan Salahın sözləri haqda
Jurnalist və teleaparıcı Pirs Morqan Məhəmməd Salahın “Liverpul”u tənqid etməsinə cavab verib.
Aut.az xəbər verir ki, Morqan bu barədə “X” sosial şəbəkəsində yazıb:
“Vay, bəlkə mənə müsahibə verməyin vaxtıdır?”
Salah daha əvvəl ardıcıl üç matçda ehtiyatda qaldıqdan sonra “Liverpul” rəhbərliyini və baş məşqçi Arne Slotu tənqid etmişdi. Misirli özünü məyus hiss etdiyini, cəzasının səbəblərini anlamadığını və klubun uğursuzluqlarına görə günahın onun üzərinə atıldığını bildirib.
2022-ci ildə Kriştiano Ronaldo, Morqana qalmaqallı müsahibə verdi və “Mançester Tunayted”i tərk etdi.
Aut.az
