İngiltərə

Yəhudi icması təzyiq edir: münasibət bildirin

İngiltərə futbolunun yəhudi icması yerli futbol assosiasiyasından İsraildəki hərbi münaqişə ilə bağlı açıqlama verməsini xahiş ediblər.

Aut.az xəbər verirlər ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirlir ki, münaqişə başlayandan futbol qurumuna təzyiqlər başlayıb. Əvvəlcə İngiltərə Futbol Assosiasiyasından (FA) “Uembli” stadionunun fasadının İsrail bayrağının rəngləri ilə işıqlandırılması istənilib. Lakin federasiya neytrallığı qorumaq üçün bundan imtina edib.

Böyük Britaniyanın nüfuzlu nəşrinin yayımladığı xəbərdə bildirir ki, bu gün keçiriləcək İngiltərə – Avstraliya yoldaşlıq oyunu zamanı FA-dan İsraildə baş verəcək hadisələrə münasibət göstərilməsi istənilir. Qeyd olunur ki, futbol dünyasının yüksək vəzifəli yəhudiləri qurumla əlaqə saxlayıb, assosiasiyanı HƏMAS hücumları nəticəsində baş verən ölümlərlə bağlı öz mövqeyini açıqlamağa və ya fikirlərini ifadə etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS qruplaşmasından olan yaraqlılar İsrail ərazisinə hücum edərək 1200-dən çox insanı qətlə yetiriblər. İsrailin Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində ölən fələstinlilərin sayı 1000 nəfəri keçib.