Razılaşdılar, müqavilə yeniləndi
“Real” futbolçusu Eduardo Kamavinqa ilə müqaviləni yeniləyib.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildən Madrid təmsilçisində çıxış edir.
