İngiltərə

“Liverpul”un 11 milyonluq təklifini qəbul etmədi: Bu kluba gedəcək

 “Liverpul”un  mərkəz müdafiəçisi İbrahima Konate mersisaydlıların 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzatmaq üçün yeni təklifini rədd edib.

Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızılar” fransız futbolçu ilə 11 milyon avro maaşla 5 illik müqavilə imzalamağa hazırdır.

“Real”ın Konatenin futbolçu bacarığını yüksək qiymətləndirdiyi vurğulanır. “Kral klubu” onu 2026-cı ilin yayında pulsuz transfer edə bilər.

Konate bu mövsüm bütün yarışlarda yeddi matçda meydana çıxıb. “Transfermarkt”a görə, onun bazar dəyəri 60 milyon avrodur.

Aut.az