Komanda biabır olur, o isə “təhlükəsizəm” deyir
“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının qrup mərhələsində PSV-yə 1:4 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.
Aut.az xəbər verir ki, Slot postuna görə qəti narahat olmadığını deyib.
“Özümü təhlükəsiz, yaxşı hiss edirəm. Klub rəhbərliyindən böyük dəstək alıram. Təbii ki, hər şeyi tərsinə çevirib qalib gəlmək əla olardı, amma əgər sən məşqçisənsə və işlər yaxşı getmirsə, sualların ortaya çıxması normaldır.
Rəhbərliyin mənə hər dəqiqə “biz səni dəstəkləyirik, səni dəstəkləyirik” demir. Ünsiyyət qururuq, amma hər dəqiqə mənə zəng vurub hələ də mənə güvəndiklərini bildirmirlər. Mütəmadi söhbətlərimiz olur. Etibarı hiss edirəm.
Əgər çox şey itirirsinizsə, insanların mənim mövqeyimi şərh etməsi normaldır. Mən razı deyiləm ki, futbolçular bəzən ən yaxşı şəkildə çıxış etmirlər. Sadəcə, bu, hesabda əks olunmayıb – bu, göz qabağındadır.
Mən daha çox işləməliyəm. Bunu hər gün etməyə çalışıram. Düşünürəm ki, bu, hamı üçün şokdur: oyunçular üçün, mənim üçün. Komandamızın səviyyəsini nəzərə alsaq, bu, çox gözlənilməzdir.
Oyunun sonunda gördüm ki, uduzmağımız bəzi oyunçulara təsir edib”, – Arne Slot bildirib.
Aut.az
