Bunu bacaran 5-ci məşqçi oldu
Dekabrın 9-da Premyer Liqanın 16-cı turunda “Aston Villa” “Arsenal”ı qəbul edib.
Görüş Birmingem komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Aut.az xəbər verir ki, komanda Unai Emerinin rəhbərliyi altında Premyer Liqada öz stadionunda ardıcıl 15-ci qələbəni qazanıb. Beləliklə, Emeri Premyer Liqada ardıcıl 15 ev matçında qalib gələn 5-ci məşqçi olub.
Ondan əvvəl Aleks Ferqyuson, Roberto Mançini, Xosep Qvardiola və Yurgen Klopp buna nail olublar.
Aut.az
