Haalandın zədəsi haqda rəsmi məlumat verildi
“Mançester Siti”nin mətbuat xidməti hücumçu Erlinq Haalandın zədələnməsi ilə bağlı məlumatı təsdiqləyib.
Aut.az xəbər verir ki, norveçli futbolçunun sol topuğunun zədələndiyi bildirilir. Erlinq mövsümün sonuna qədər meydana qayıda bilər. Lakin daha dəqiq proqnoz növbəti müayinədən sonra məlum olacaq.
Qeyd edək 24 yaşlı futbolçu İngiltərə kubokunun 1/4 finalı çərçivəsində baş titam “Bornmut”la matçda (2:1) zədələnib. Oyundan sonra Haaland stadionu qoltuqağacı və qoruyucu vasitə ilə tərk edib.
Haaland bu mövsüm bütün turnirlərdə “Siti” forması ilə 40 matçda 30 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
