İngiltərə

MY onun üçün gələn 5 təklifi rədd etdi

“Mançester Yunayted” yay transfer dönəmində müdafiəçi Harri Maquayr üçün 5 klubdan gələn təklifləri rədd edib.

Aut.az xəbər verir ki, bu barədə “Mail Sport” məlumat yayıb.

Xəbərə görə, Premyer Liqadan üç, A Seriyasından isə iki klub Maquayrın “Yunayted”lə müqaviləsinin uzadılması ilə bağlı qeyri-müəyyən vəziyyətdən istifadə etməyə çalışsa da, klub bu təklifləri qəbul etməyib.

Futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Mövcud qaydalara əsasən, o, yalnız müqaviləsinin bitməsinə altı ay qalmış digər klublarla rəsmi danışıqlara başlaya bilər. Əgər tərəflər yeni müqavilə barədə razılığa gəlməsə, Maquayrın gedişi artıq yanvar ayında reallaşa bilər.

İngiltərə millisinin üzvü olan müdafiəçinin durumunu Türkiyənin “Fənərbağça”, “Beşiktaş”, “Qalatasaray”, eləcə də Fransanın “Monako” və “Marsel” klubları da yaxından izləyir.

Aut.az