Dünya futbolu

“Karvan”dan İran klubuna

“Karvan”la vidalaşan Aref Məhəmmədəlipur karyerasını İranda davam etdirəcək.

Aut.az xəbər verir ki, müdafiəçi II Liqa klubu “Şenavar Sazi”yə keçib. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Aref 2024-cü ilin sentyabrından Azərbaycan təmsilçisində forma geyinirdi. Onunla bu yay yollar ayrılıb