İtaliya

Fabreqas “Komo” ilə tarix yazdı

“Komo” İtaliya A Seriyasının 2025/2026 mövsümünün 36-cı turunda “Verona”nı 1:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, Bununla da Sesk Fabreqasın komandası klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

36 turdan sonra “Como” 65 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Eyniadlı şəhəri təmsil edən komanda 64 xalı olan “Roma”nı bir xal qabaqlayır. Bununla belə, Roma təmsilçisinin ehtiyatda bir oyunu var.

Bundan əlavə, “Komo” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni də davam etdirir. Komanda 4-cü pillədən cəmi 2 xal geri qalır.

Sesk Fabreqas “Como”nun baş məşqçi postuna 2024-cü ilin yayında təyin olunub. Onun rəhbərliyi altında komanda ötən mövsüm İtaliya A Seriyasını 10-cu pillədə başa vurmuşdu.