Millimizin sabiq üzvü oğlunun gələcəyindən danışdı
Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Badri Kvaratsxeliya “Napoli”də çıxış edən oğlu Xviça Kvaratsxeliyanın gələcəyi barədə danışıb.
Aut.az xəbər verir ki, o, Xviçanın Neapolitan klubunda qalacağını güman edir:
“Məncə, o, növbəti mövsümdə “Napoli”də qalmağa qərar verəcək. Yalnız o, “Napoli”də qalıb qalmamaq seçimini edə bilər. Mən onun istənilən qərarına hörmət edəcəm və qəbul edəcəm”.
Qeyd edək ki, mətbuatda 23 yaşlı futbolçu ilə PSJ və “Barselona”nın maraqlandığı barədə iddialar. Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzatmaq üçün danışıqlar apardığı da bildirlirş Gürcü vingerin hazırkı sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.8
