İtaliya

Uduzdular, stadionu yandırdılar – VİDEO

İtaliyanın “Foca” klubu C seriyasının yeni mövsümünün 1-ci turunun matçında “Taranto”ya 0:2 hesabı ilə uduzub.

Bundan sonra “Taranto” stadionunda yanğın baş verib. Stadiona ciddi ziyan dəyib. Bildirilir ki, arenada futbol oyunları keçirmək mümkün olmayacaq. İdman qurğusu istismar üçün təhlükəli hala düşüb.

İtaliya mətbuatı bildirib ki, yanğın tribunaların qonaq sektorunda başladığı üçün polis “Foca” azarkeşləri tərəfindən stadionun yandırılması versiyasını nəzərdən keçirir.

Klub artıq bu hadisənin təhrikçilərini pisləyib və günahkarların cəzalandırılmasını istəyib.

Aut.az