İtaliyaTürkiyə

Dzeko Türkiyənin bu klubundan təklif aldı

“İnter”in hücumçusu Edin Dzeko karyerasını “Fənərbağça”da davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio “Tvitter” hesabında məlumat verib. Bildirilir ki, 37 yaşlı bosniyalıya artıq Türkiyə klubundan 2 illik müqavilə ilə bağlı təklif gəlib.

Bununla belə, futbolçunun özünün “İnter”də qalmaq istədiyi qeyd edilir. Dzeko bu mövsüm İtaliya klubunda 51 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az