PSJ futbolçusunu “Beşiktaş”a göndərir?
“Roma”da bir illik icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Renato Sançes “Beşiktaş”da çıxış edə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Adrien Grenier X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib
Mənbənin məlumatına görə, PSJ rəhbərliyi portuqaliyalını az oyun keçirdiyi İtaliya klubundan icarədən geri çağırıb, yeni komandaya göndərmək niyyətindədir. 26 yaşlı yarımmüdafiəçi ilə “Beşiktaş” maraqlanır.
