Arda nə vaxt meydana çıxacağını açıqladı
“Real”ın yarımmüdafiəçisi Arda Gülər hazırkı durumundan danışıb.
Aut.az xəbər verir ki, onun sözlərini “X” sosial şəbəkəsində “Madrid Xtra” sitat gətirib.
“Çox çalışıram, formamı almaq və daha güclü qayıtmaq istəyirəm. Noyabrda meydançaya çıxacam və əsl oyunumu göstərəcəm”, – Gülər bildirib.
Xatırladaq ki, Gülər ötən yay transfer pəncərəsində “Fənərbaxça”dan 20+10 milyon avroya “Real”a keçib.
Hazırda yarımmüdafiəçi Madrid təmsilçisində bir oyun belə keçirməyib.
Gülər ötən mövsüm “Fənərbaxça”nın heyətində bütün yarışlarda 34 matça çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.
Aut.az
