“Liverpul” Salahın əvəzləyicisini “Real”da tapıb
“Liverpul” 31 yaşlı cinah oyunçusu Məhəmməd Salahın əvəzləyicisini “Real”da tapıb.
Aut.az xəbər verir ki, “Liverpul” Madrid klubunun vingeri Rodriqo Qoesə fəal maraq göstərir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” braziliyalı futbolçu üçün 100-120 milyon avro məbləğində pul istəyir. Öz növbəsində “Liverpul” da 80 milyon avro təklif etməyə hazırdır.
Salahın yayda Səudiyyə Ərəbistanından bir kluba keçmə ehtimalının olduğu vurğulanır. Eyni zamanda, Kilian Mbappe gəldikdən sonra Rodriqonun “Real”dakı mövqeyi əhəmiyyətli dərəcədə zəifləyə bilər.
Xatırladaq ki, bu mövsüm Rodriqo bütün turnirlərdə 41 matçda iştirak edib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.
Aut.az
