Neymar klubundan görün nə istədi
“Əl-Hilal”ın hücumçusu Neymar klubundan onu “Barselona”ya icarəyə verməsini istəyib.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, braziliyalı dizindəki zədəsini sağaltdıqdan sonra bir ilini icarə əsasında İspaniya klubunda keçirmək istəyir. Qeyd olunur ki, klublar Neymarla bağlı heç bir danışıqlar aparmayıb.
Qeyd edək ki, Neymar ötən yay PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçib. O, 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.
Bu mövsüm Neymar “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, burada 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Oktyabr ayında Neymar Braziliya millisinin oyunda zədələnərək sıradan çıxıb.
