“Real” “Yuventus”un rekordunu təkrarladı
Ötən “Real” vaxtından əvvəl İspaniya çempionu olub.
Aut.az xəbər verir ki, Madrid klubunun tarixində 36-cı dəfə İspaniyanın ən güclüsü olub. “Opta”nın məlumatına görə, bu, Avropanın ən yaxşı 5 liqası üçün rekord göstəricidir.
Çempionluqların sayına görə “Real” “Yuventus”a çatıb. Hər biri 36 dəfə ölkəsinin çempionu olub.
Onların ən yaxın izləyicisi isə Bundesliqanı 32 dəfə qazanan “Bavariya”dır.
