İspaniya

La Liqa hərəkətə keçdi: “Vinisius, öl” şüarinə görə

Ulduz vinger Vinisius Junior “Real”ın “Osasuna”ya 1:2 hesabı ilə uduzduğu səfərdə oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən düşmən münasibətlə üzləşib.

Aut.az xəbər verir ki, bəzi azarkeşlərin tribunadan “Vinisius, öl” (“Vinicius, muerete”) şüarları səsləndirdiyi bildiriliblər. Bu da braziliyalı hücumçu ətrafında gərgin və təhdidedici atmosfer yaradıb.

Vinisius 73-cü dəqiqədə Madrid təmsilçisinin bərabərlik qolunu vurub və bu epizod ev sahiblərinin tribunalarında düşmən münasibəti daha da gücləndirib.

La Liqa hadisə ilə bağlı araşdırmaya başladığını təsdiqləyib. Çempionat rəhbərliyiyi Vinisiusa ünvanlanan ölüm təhdidi xarakterli şüarların əks olunduğu görüntüləri diqqətlə nəzərdən keçirir və mümkün intizam tədbirlərini müəyyənləşdirir.

Aut.az