Çempionlar Liqası

İstanbulda 5 mərhələli plan: 16 min polis, 7 PUA və…

İstanbul polisi İtaliyanın “İnter” və İngiltərənin “Mançester Siti” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının finalından öncə gücləndirilmiş iş rejiminə keçib.

Aut.az xəbər verir ki, İstanbul polis rəisi Zəfər Aktaş hər hansı bir pozuntu və ya insidentin qarşısını almaq üçün şəhərdə 5 mərhələdən ibarət təhlükəsizlik tədbiri tətbiq edib.

Matç günü İstanbulda 15 850 polis əməkdaşı yerləşdirilib. Bomba zərərsizləşdirmə mütəxəssisləri stadionu və ətrafını yoxlayacaq, bomba zərərsizləşdirən itlərdən istifadə olunacaq.

Tədbirlərə və stadiona giriş-çıxışlara nəzarət etmək üçün 7 pilotsuz təyyarə və polis helikopteri havaya qalxacaq.

“Manşester Siti” –“İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az