3 ay qalıb, AFK müqaviləni pozdu – Nə baş verir?
Afrika Futbol Konfederasiyası (CAF) Qətərin “beIN Media Group” şirkəti ilə televiziya müqaviləsini ləğv edib.
Aut.az xəbər verir ki, 2028-ci ilə qədər olan sövdələşmənin dəyəri 415 milyon dollar idi.
“BeIN”, federasiya 2019-cu ildə Fransanın “Lagardere Sports” media qrupu ilə 12 illik 1 milyard dollarlıq müqaviləni ləğv etdikdən sonra CAF ilə əməkdaşlığa başlamışdı.
Daha sonra KAF müqaviləni ləğv etmək üçün hüquqi xərclərə 50 milyon dollar xərcləyib. Situasiya yenidən təkrarlana bilər.
Maraqlıdır ki, televiziya müqaviləsi Afrika Millətlər Kubokuna dörd ay qalmış birtərəfli qaydada ləğv edilib. Turnir yanvarın 13-də başlayacaq.
Aut.az
