Amerika kubokunun bütün iştirakçıları bəlli oldu
2024-cü ildə keçiriləcək Amerika kubokunun bütün iştirakçıları bəlli olub.
Aut.az xəbər verir ki, Kosta-Rika-Honduras matçında turnirin sonuncu iştirakçısı müəyyənləşib. Amerika kubokuna vəsiqə uğrunda həlledici görüşdə Kosta-Rika yığması 3:1 hesabı ilə qalib gəlib.
Turnirin final mərhələsində qruplar belə formalaşıb:
A qrupu: Argentina, Peru, Çili, Kanada
B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka
C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya
D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika.
Xatırladaq ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsi iyunun 20-dən iyulun 2-dək, ardınca iyulun 4-dən 6-dək 1/4 final, 9 və 10 iyulda yarımfinal, 13-də isə üçüncü yer uğrunda görüşlər keçiriləcək. Amerika kubokunun final oyunu iyulun 14-də Mayamidə baş tutacaq.
2024-cü il Amerika Kubokunun oyunlarına ABŞ-ın 14 şəhəri ev sahibliyi edəcək.
Aut.az
