Fələstini dəstəklədi: “Demokratik” Almaniyada cəzalandı
“Bavariya”nın mərakeşli sağ cinah müdafiəçisi Nussair Mazraui bu gün əsas komandadan ayrı məşq edib.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
25 yaşlı futbolçu dünən “Bavariya”nın rəhbərləri ilə Fələstinə dəstək postu ilə bağlı danışıb. Klub bu mövqeyi qəbuledilməz sayıb, mərakeşlini məşq prosesindən uzaqlaşdırmaq qərarına gəlib.
Bu mövsüm Nussair Mazraui “Bavariya”nın heyətində 9 oyun keçirib və 2 məhsuldar ötürmə edib. O, 2022-ci ilin yayında azad agent kimi kluba qoşulub.
Aut.az
