Qəti qərar verib: Bu tarixdə…
“Atalanta”nın hücumçusu Ademola Lukman 2025-ci ilin yayında komandanı tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə “Calciomercato.com” məlumat yayıb.
27 yaşlı nigeriyalı keçən yay ayrılmaq istəsə də, klub sahibləri onu qalmağa razı salmışdılar.
Oyunçu ilə klub arasındakı münasibətlərdə həlledici məqam Lukmanın penaltini qaçırdığı və baş məşqçi Qasperininin oyunçunu açıq şəkildə tənqid etdiyi zaman yaranıb.
İndi “Yuventus” Ademolanın ətrafı ilə ilkin əlaqə qurub, lakin “Atalanta” 60 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyə hazır deyil. Lukmanla “Yuve”dən başqa bəzi İngiltərə klubları və “Napoli” də maraqlanır.
Lukman bu mövsüm klubda keçirdiyi 34 oyunda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
