25 xalı da silinə bilər
“Yuventus” növbəti xal itkisi ilə üz-üzədir.
İstintaq Turin klubunun maliyyə fırıldaqlarını araşdırmaqda davam edir. Daha əvvəl maliyyə maxinasiyalarına görə “Yuventus”un 15 xal silinmişdi.
Aprelin 19-da məhkəmə “Yuve”nin bu qərardan şikayətinə baxacaq. Daha sonra “oyunçuların maaşları ilə manevrlər və agentlərə ödənişlər”lə bağlı proses başlayacaq.
Bundan əlavə, ittiham tərəfi “Yuventus”un “şübhəli tərəfdaşlıq müqavilələri”nə baxılmasında israrlıdır. Bu məsələ ilə bağlı məhkəmə iclası 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində keçiriləcək.
“Corriere dello Sport”un verdiyi məlumata görə, “Yuventus” yeni ittihamlarla günahkar bilinərsə, 15-25 xalı silinəcək.
Aut.az
