Dünya futbolu

Təqvim açıqlandı: “İnter Mayami”yə Messi şoku

ABŞ-da yeni futbol mövsümünün təqvimi açıqlanıb.

Aut.az xəbər verir ki, MLS-in oyun cədvəlini “İnter Mayami” üçün uğursuz adlandırmaq olar. Buna səbəb Florida təmsilçisinin hücumçusu Lionel Messinin 2024-cü ildə komandanın çempionatda keçirəcəyi 7 oyunu buraxacağıdır.

Futbolçu Argentina millisinin heyətində ABŞ-da keçiriləcək Amerika kubokunda iştirak edəcək. Həmin vaxt MLS dayandırılmayacaq.

Bu səbəbdən Messi “İnter Mayami”nin “Filadelfiya”, “Kolumbus Kru”, “Naşvill”, “Şarlotta”, “Sinsinnayti” və “Toronto”ilə oyunlarında iştirak etməyə bilər. Argentina millisi turnirdəki çıxışını erkən başa vurarsa, buraxılacaq oyunları sayı azala bilər.

Turnir 2024-cü ilin yayında, iyunun 21-dən iyulun 14-dək keçiriləcək. MLS-də isə yeni mövsüm gələn ilin fevralın 21-də başlayacaq.