Azərbaycan futbolu

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı

AFFA-nın İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Kəpəz-2” klubunun futbolçusu Nicat Məmmədovu 4 oyunluq cəzalandırıb.

Aut.az xəbər verir ki,  buna səbəb N.Məmmədovun matçın 40-cı dəqiqəsində hakimi təhqir etməsi olub.

Futbolçunun bu hərəkətinə görə “Kəpəz-2” 300 manat cərimələnib.