Neymar o xəbəri eşidəndə hönkür-hönkür ağladı – VİDEO
“Santos”un hücumçusu Neymar Braziliyanın 2026-cı il Dünya Kuboku üçün heyətinə daxil edildiyini eşidəndə emosional reaksiya verib.
Aut.az xəbər verir ki, futbolçu adı açıqlandıqdan sonra göz yaşlarına boğulub.
O, xəbəri eşidəndən dərhal sonra atasına və Rafinyaya zəng edib.
Karlo Ançelottinin komandası C qrupunda Mərakeş, Şotlandiya və Haiti ilə qarşılaşacaq.
2026-cı il Dünya Kuboku üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.
Aut.az
