Ulduz futbolçu dostunun evindəki yanğını söndürdü
Braziliyalı ulduz hücumçu Halk bu dəfə diqqət mərkəzinə futbol meydanındakı çıxışı ilə yox, dostuna etdiyi yardımla düşüb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilir ki, Halk ailəsi ilə nahar etdiyi vaxt həyat yoldaşına onun dostu və “Atletiko Mineyro”dakı sabiq komanda yoldaşı Alan Frankonun həyat yoldaşı zəng edib. Ekvadorlu futbolçunun evində sauna yanmağa başlayıb, Alan Franko isə həmin vaxt məşqdə olub.
Bundan sonra Halk dərhal Alan Frankonun evinə yollanıb və qonşularla birlikdə alovu söndürməyə kömək edib. Hadisə yerinə yanğınsöndürmə xidməti çatana qədər alov tamamilə nəzarətə götürülərək söndürülüb.
Yanğından sonra da Halk evdən ayrılmayıb. O, Alan Frankonun evində qalıb və hadisədən sonra qalan dağıntıların, eləcə də tullantıların təmizlənməsində fəal iştirak edib.
Xatırladaq ki, Halk bir neçə gün əvvəl “Fluminense” klubuna transfer olunub.
Aut.az
