İsko Bundesliqada
Aut.az xəbər verir ki, yayda azad agent kimi “Sevilya”ya transfer olunan yarımmüdafiəçi rəhbərliklə anlaşılmazlıq üzündən oradan ayrılmışdı. Klub onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xita vermişdi.
Bir müddət öncə İspaniyanın 4-cü liqa klubuna keçdiyi deyilən İsko (tam adı Fransisko Roman Alarkon Suaresdir), hələ yüksək səviyyədə oynaya biləcəyini göstərmək üçün Bundesliqaya yollanıb. 30 yaşlı oyunçu ilə anlaşmanın müddəti açıqlanmır.
