“Porto” superkuboku qazandı: Fantastik geridönüşlə – VİDEO
Portuqaliya Superkuboku uğrunda görüş keçirilib.
Aut.az xəbər verir ki, həlledici matçda “Porto” və “Sportinq” komandaları üz-üzə gəlib. Görüş “əjdahalar”ın əzmkar qələbəsi ilə başa çatıb.- 4:3.
24-cü dəqiqəyə kimi “Sportinq” üç dəfə fərqlənməyi bacarıb. Qolları Qonkalo İnasio, Pedro Qonkalves və Covani Kenda vurub. Fasiləyə qədər Qaleno ilə 1 qol vuran “Porto”, ikinci hissədə Niko Qonzales və dubla imza atan Qaleno sayəsində hesabı bərabərləşdirib.
Qalib əlavə vaxtda müəyyənləşib: İvan Xayme 101-ci dəqiqədə “ağ-göylər”in qələbə qolunu vurub.
Qeyd edək ki, “Porto” tarixində 24-cü dəfə Portuqaliya Superkubokunu qazanıb ki, bu da rekorddur.
Aut.az
