Dünya futboluTürkiyə

Avropa nəhəngindən Osimhen üçün 125 milyonluq təklif: “Qalatasaray” razılaşmadı

Avropanın nəhəng klublarından biri “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin transferi üçün 125 milyon avro təklif edib.

Aut.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb.

Lakin Türkiyə klubu təklifi rədd edib. Bildirilir ki, İstanbul komandası hücumçu üçün 150 milyon avrodan aşağı qiymətə təklifi nəzərdən keçirməyəcək.

Ötən mövsüm Osimhen Türkiyə liqasında 22 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az