“Qızıl topu” qazanmış əfsanə hazırkı favoritin adını açıqladı
İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro “Qızıl top” mükafatının favoritləri haqqında fikirlərini bölüşüb.
“Ballon d’Or”u kim qazanacaq? Vinisius və ya Bellinqem, baxmayaraq ki, mövsümün ikinci hissəsində o, birinci ilə eyni səviyyədə deyildi.
Mbappe? O, yaxşı mövsüm keçirməsə də, çempiondur. Aşkar namizəddir. Sonra Rodri və Karvaxal var . Karvaxal hər şeyi qazandı. Lakin müdafiəçi “Qızıl top”u qazanmaq üçün qeyri-adi işlər görməlidir”, – deyə Kannavaro “La Gazzetta dello Sport” nəşrinə bildirib.
Aut.az
