Azərbaycan futbolu

Millimiz Lüksemburqa uduzdu

Bu gün U-21 yığmamız AVRO-2025-in (U-21) seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirib.

Aut.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburq yığması ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

21:30 Lüksemburq (U-21) – Azərbaycan (U-21) 2:0 (İkinci hissə)
Qollar: 
Leon Elşan, 21, 45+2 (pen)

“Emil Mayriş” stadionu, Eş şəhəri
Baş hakim: Dezire Qrundbaher (İsveçrə)

Azərbaycan yığması bundan əvvəl Serbiya (0:2), Şimali İrlandiya (0:1), Lüksemburq (3:2), Ukrayna (0:1) və İngiltərə (1:5) ilə oynayıb.