Bu da Devid Bekhemin yeni hobbisi – FOTO
Əfsanəvi ingilis futbolçu Devid Bekhem bağçılıqdakı uğurlarını bölüşüb.
Aut.az xəbər verir ki, o, müvafiq fotonu “İnstaqram”da səhifəsimdə paylaşıb. “Düşünürəm ki, bu gün yaxşı gün idi”, – deyə yazıb. O, paylaşıma kök, brokoli və kartof emojilərini də əlavə edib.
Qeyd edək ki, Devid 2013-cü ildə peşəkar karyerasını başa vurub. O, hazırda model və biznesmen kimi fəaliyyət göstərir. Eyni zamanda “İnter Mayami” klubunun həmsahibidir.
Aut.az

