Mbappe ilə işləmək niyə asandır? – Deşam izah etdi
Fransa millisinin baş məşqçisi Didye Deşam ulduz futbolçularla işləmək təcrübəsi haqda danışıb.
Aut.az xəbər verir ki, Deşam mətbuat konfransında bildirib:
“Məndən tez-tez soruşurlar: “Vay, Mbappe, Olise, Dembeleni idarə etmək çətin olmalıdır…” Amma düşünürəm ki, Liqa 1 və Liqa 2-də gənc oyunçuları idarə etmək daha çətindir, çünki orada tamamilə fərqli problemlər var.
Mənim bir üstünlüyüm var – oyunçularım həqiqətən yaxşıdırlar. Problem, özlərini yaxşı hesab edən, amma yaxşı olmayan oyunçuları idarə etməkdədir”.
Didye Deşamın məşqçisi olduğu Fransa millisi 2018-ci il Dünya Kubokunun qalibi olub. Lakin 4 il sonra finalda Argentinaya penaltilər seriyasında uduzub.
Aut.az
