Dünya cempionatıDünya futbolu

KDÇ-2025-in finalı tarixə düşəcək: Yüksək qiymətləri ilə

Bu yay ABŞ-da keçiriləcək klublararası dünya çempionatının finalı tarixə düşə bilər.

Aut.az xəbər verir ki, bu turnirin finalı Nyu Cersidəki 82500 nəfərlik “MetLife” stadionunda baş tutacaq. Güman edilir ki, FİFA-nın təşkil etdiyi görüş tarixə düşəcək.

Məsələ burasındadır ki, KDÇ-2025-in həlledici matçının biletlərinin qiymətləri olduqca bahadır. Bu da bu oyunu dünya futbolu tarixində ən bahalı finala çevirəcək.

Son məlumatlara görə, finala bilet qiymətləri 600 avrodan 2000 avroya, bəzi yerlərdə hətta 8000 avroya çatır. Lakin söhbət ayrıca satılan VİP biletlərdən yox, geniş əhaliyə satılan adi biletlərdən gedir.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final oyununa biletlərin qiyməti 107 avrodan 1600 avroya qədər idi.

Xatırladaq ki, klublararası dünya mempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Turnirdə dünyanın hər yerindən 32 komanda iştirak edəcək.

Aut.az