Dünya futbolu

Oğlu HƏMAS tərəfindən qaçırılan ata Messiyə üz tutdu: Sənin bir kəlmən…

İsraildə yaşayan Argentina vətəndaşı Aleks Şerman HƏMAS tərəfindən qaçırılan oğlunun tapılması üçün Lionel Messiyə müraciət edib.

Aut.az xəbər verir ki, Şerman əfsanəvi futbolçuya videomüraciət yayıb.

“Argentina vətəndaşı olan İsrail əsgəri, oğlum Ron Qəzzada HƏMAS qruplaşması tərəfindən qaçırılıb. Bilirəm, yəqin ki, kömək istəyən insanlardan minlərlə xahişiniz var. Bu videonun bir nəticə verib-verməyəcəyini bilmirəm, amma bir ata olaraq oğlumu geri qaytarmaq üçün əlimdən gələni edirəm.

Bilirəm ki, sənin bir neçə kəlmən oğlum Ron və HƏMAS tərəfindən qaçırılan digər argentinalılar üçün möcüzələr yarada bilər. Əlimdən gələni edirəm. Ümid edirəm ki, bu sözlər qulaqlarınıza çatar. Biz səni sevirik və sənə heyranıq”, – deyə “Marca” Şermandan sitat gətirib.

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi qızışıb. Bundan əvvəl İsraildə bütün idman tədbirləri ləğv edilib.

Aut.az