Dünya futboluDünya cempionatı

Klopp van der Varta cavab verdi: Onu ciddi qəbul etmirəm

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Rafael van der Vaartın keçmiş oyunçusu Vircil van Deykə qarşı tənqidlərini qulaqardına vurmayıb.

Niderlandın 2026-cı il Dünya Kubokunda Yaponiya ilə 2-2 hesablı heç-heçəsindən sonra keçmiş yarımmüdafiəçi millinin kapitanının yöndəmsizliyinə eyham edərək onu “Boeing 747” adlandırıb.

Aut.az xəbər verir ki, Almaniyanın “MagentaTV” telekanalında ekspert kimi çalışan Klopp buna sərt reaksiya verib.

“Rafael van der Vaartın adını çəkməyə dəyərmi, bilmirəm. Amma əgər o, bir oyunçu haqqında müsbət bir şey desə, mən onu yenidən ciddiyə almağa hazıram.

Elə hiss olunur ki, o, bir şey görür, sonra bunu aydın şəkildə ifadə etməli və ona qarşı çıxmalıdır. Amma əslində məsələ bunda deyil”, – Klopp deyib .

Niderland qrup mərhələsinin ikinci turunda İsveçi 5-1 hesabı ilə darmadağın edib, bundan sonra komandaya və onun kapitanına qarşı tənqidlər azalıb.

Van der Vaart son vaxtlar bir neçə mənfi şərh verib: əvvəlcə o , Avro 2008-də Rusiya milli komandasının oyunçularının dopinq qəbul etdiyinə işarə edib, daha sonra isə 2026-cı il Dünya Kubokunda Yaponiya milli komandasının oyunçuları haqqında bəzi xoşagəlməz şərhlər verib.

Aut.az