Aqil Nəbiyev futbolçuları təhqir etdi
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsində insident yaşanıb.
Aut.az xəbər verir ki, Qazaxıstan yığması ilə yoxlama oyununda məğlubiyyətdən (0:1) sonra baş məşqçi Aqil Nəbiyev hisslərinə hakim ola bilməyib.
O, komanda üzvlərini təhqir edib və “sizdən futbolçu olmaycaq” deyərkək, komandanı Qəbələdə qoyaraq təkbaşına Bakıya qayıdıb.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.
