Tennis

Boşana bilərik, çünki… – Həbs olunandan sonra həyat yoldaşına deyib

“Böyük Dəbilqə”nin 6 qat çempionu Boris Bekker həbs olunarkən həyat yoldaşı Lilian de Karvalyo Monteyronun verdiyi reaksiyadan danışıb.

Aut.az xəbər verir ki, Bekker “The Telegraph” qəzetinə bildirib:

“Ona dedim ki, boşanmaq olar, çünki cəzam səkkiz il ola bilərdi. Bunu eşidəndə özünü bir az təhqir olunmuş hesab etd. “Niyə belə deyirsən?” deyə soruşdu. Mən də cavab verdim ki, çünki ömrümün çoxu  keçib və sən fərqli bir vəziyyətdəsən (Monteyro Bekkerdən 22 yaş kiçikdir). Və istəmirəm ki, etmədiyin bir şeyə görə məsuliyyət hiss edəsən.

O, güldü və dedi: “Xeyr, biz bunu birlikdə yaşayacağıq”. Bu, böyük bir rahatlama idi. Bizim sirrimiz ondadır ki, biz bir-birimizə qarşı çox dürüstük, həmişə bir-birimizin gözlərinin içinə baxırıq. “Mən səndən daha vacibəm” və ya “sən məndən daha vacibsən” ifadələri yoxdur”.

Xatırladaq ki, Bekker müflis elan edildikdən sonra aktivlərini gizlətdiyinə və külli miqdarda pulu qanunsuz olaraq köçürdüyünə görə 2022-ci ilin aprel ayında London məhkəməsi tərəfindən 2,5 il həbs cəzasına məhkum edilmişdi. O, 2022-ci ilin dekabrında erkən azad edilərək Almaniyaya deportasiya edilib.

Aut.az