İngiltərə millisində formada olan yeganə futbolçu – Nevill açıqladı
İngiltərə millisinin keçmiş müdafiəçisi Qari Nevill DÇ-2026-da yığmanın heyətində yüksək səviyyədə çıxış edən yeganə oyunçunun adını açıqlayıb.
Aut.az xəbər verir ki, “Goal” Nevillin sözlərini sitat gətirib: “Bellinqem, şübhəsiz ki, İngiltərə komandasının ən yaxşı oyunçusudur. O, formada olan, təravətli görünən yeganə oyunçudur. Bellinqem aktiv və enerjilidir. O, gözlənilən səviyyədə çıxış edir. Bu oyunçular son bir neçə ildə beynəlxalq turnirlərin final və yarımfinal mərhələlərinə çıxmaq üçün standartları müəyyən ediblər”.
Bellinqem 2026-cı il Dünya Kubokunun qrup mərhələsində üç oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.
Aut.az
