Azərbaycan futbolu

“Turan Tovuz” Türkiyəyə yollanacaq

“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.

Aut.az xəbər verir ki, bölgə klubu iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək. Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək