Azərbaycan futbolu

Ağsudakı stadionun ot örtüyü FİFA sertifikatına layiq görülüb

Ağsu şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.