Avro-2024-ün ən yaxşısı bu 3 futbolçudan biri olacaq – Süni intellekt
Süni intellekt portuqaliyalı hücumçu Kriştianu Ronaldonu 2024-cü il Avropa çempionatının ən yaxşı oyunçusu mükafatına üç əsas namizəddən biri adlandırıb.
Aut.az xəbər verir ki, süni intellekt, həmçinin hesab edir ki, Fransa millisinin hücumçusu Kilian Mbappe və İngiltərə millisinin hücumçusu Harri Keynin bu mükafatı qazanmaq şansı yüksəkdir. Bu barədə İspaniyanın “Mundo Deportivo” internet nəşri məlumat yayıb.
Xatırladaq ki, Avro-2024-ün final mərhələsi Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Qitə birinciliyi iyunun 14-dən iyulun 14-dək davam edəcək.
Aut.az
