Polisə pul verdilər: Futbolçuları sosial şəbəkədə təhqir edənlər tapılacaq və…
İngiltərə Futbol Assosiasiyası (FA) Britaniya polisinin xüsusi bölməsini maliyyələşdirib.
Aut.az xəbər verir ki, məqsədi sosial şəbəkələrdə İngiltərə millisinin futbolçularını təhqir edən şəxsləri tapmaq və cəzalandırmaqdır. Bu barədə “The Guardian” məlumat yayıb.
“Əlbəttə, biz bu problemi oyunçularla daim danışırıq, amma indi başqa cür edəcəyik. Əvvəllər biz bütün məlumatları, əsasən dəlillər paketini toplayırdıq ki, onları cinayət təqibi üçün polisə təhvil verək. Bu dəfə daha da irəli getmək qərara alındı. Biz faktiki olaraq Britaniya polisinin daha sonra cinayət işlərinə başlayacaq bölməsini maliyyələşdirəcəyik”, – mənbə FA-nın icraçı direktoru Mark Bullinqemdən sitat gətirir.
2024-cü il Avropa çempionatında İngiltərə yığması Serbiya, Sloveniya və Danimarka ilə eyni qrupda çıxış edəcək. İngiltərə millisi qrup mərhələsində ilk oyununu iyunun 16-da keçirəcək. Rəqib Serbiya millisi olacaq. İngiltərə iyunun 20-də Danimarka, 25-də isə Sloveniya ilə qarşılaşacaq.
Aut.az
