Dünya futbolu

Neymar ona belə dəstək oldu – FOTO

“Santos”un braziliyalı hücumçusu Neymar Klublararası Dünya Çempionatının 1/4 finalında PSJ ilə görüşdə “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialanın zədələnməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, Neymar bu barədə sosial şəbəkədə yazıb. “Ümid edirəm ki, tezliklə sağalacaqsan və yenidən parlayacaqsan! Futbolun sənin istedadına ehtiyacı var. Sənə güc arzulayıram!”, – Neymar syazıb.

Musiala Fransa klubunun italiyalı qapıçısı Canluici Donnarumma ilə toqquşub və ayağı topuq nahiyədən sınıb. Bu zədəyə görə o, dörd aydan beş aya qədər sıradan çıxa bilər.

Aut.az  

Neymar ona belə dəstək oldu - FOTO