Canluici onunla bağlı xəbəri çatdırdı: Mütləq qalacaq
Canluici Donnarumma Kilian Mbappenin PSJ-də qalacağına əmindir.
Parislilərin qolkiperi Liqa 1-də “Lans”la oyundan sonra (3:1) sonra bu haqda danışıb.
– Kilianla oynamaq çox xoşdur, fantastikdir.
– O, PSJ-də qalacaq?
– Bəli, mütləq qalacaq.
Xatırladaq ki, iyunun əvvəlində Mbappe PSJ-yə klubda daha bir mövsüm keçirmək niyyətində olduğunu, lakin müqaviləni yeniləməyəcəyini bildirmişdi.
Parislilər futbolçunu transfer siyahısına saldı və ümumi qrupla məşq etməyi qadağan etdi. Daha sonra tərəflər münaqişəni həll etdi, Kilian heyətə qayıdıb və müqavilənin uzadılması üçün danışıqları bərpa edib.
Aut.az
