Dünya futboluDünya cempionatı

Adi ədalət istəyirik – Cahanbaxş

İran milli komandasının hücumçusu Əlirza Cahanbaxş komandaya  tətbiq edilən məhdudiyyətlər səbəbindən yaşadığı çətinliklərdən danışıb.

Aut.az xəbər verir ki, ESPN Cahanbaxşın sözlərini sitat gətirib:

“Biz sadə ədalət istəyirik. Digər komandalarla eyni münasibəti. Düşünmürəm ki, çox şey istəyirik. Digər tərəfdən, bu, mədəniyyətimizin bir hissəsidir – çətin vəziyyətlərdə daha yaxşı çıxış edirik. Çətinliklər bizi birləşdirib. Biz xarakter göstərdik və bunun bir hissəsi Dünya Kubokunda düşdüyümüz vəziyyətlə bağlıdır”.

Daha əvvəl İran Futbol Federasiyası milli komandanın üzləşdiyi məhdudiyyətlərlə bağlı FİFA-ya rəsmi şikayət edəcəyini açıqlamışdı.

Aut.az